Satılır 4 otaqlı köhnə tikili 142 m², Sahil m.
💎 ŞƏHƏRİN MƏRKƏZİNDƏ EKSKLUZİV — ARXİTEKTUR LAYİHƏ!
Tarixi binaların və geniş məkanların həvəskarları üçün nadir tapıntı! Şəhərin nüfuzlu hissəsində, bütün parametrləri ilə seçilən möhtəşəm mənzil satışa təqdim olunur.
Əsas Üstünlüklər:
Bina: Klassik arxitektur tikili (daş bina).
Mərtəbə: 2-ci mərtəbə (ən prestijli və rahat mərtəbə).
Tavan Hündürlüyü: 5.20 metr! Bu hündürlük mənzildə inanılmaz genişlik və saray atmosferi yaradır.
Daxili Quruluş: 2 Dupleks (iki mərtəbəli struktur). Sahədən maksimum səmərəli istifadə olunub.
İnteryer Detalları: Yer təmiz palıd parketdir. Ən əsası, mənzildə 2 ədəd qədimi və orijinal kamin mövcuddur – bu detal mənzilə xüsusi aristokratik ruh və dəyər qatır.
Qeyd: Mənzil həm geniş ailə yaşayışı üçün, həm də prestijli ofis, art-qalereya və ya kreativ studiya üçün ideal variantdır. Belə hündürlükdə və bu detallarla mənzillər bazara çox nadir hallarda çıxır.
Xidmət haqqi 1%

























































































































































